İlahi arişivimize hoşgeldiniz...

Perviz Hüseyni-Ya Allah Ya Allah

Mahi Ramazan gəlmişəm əvfinə Ya Rəbb
Möhtacam hər zaman sənin lütfinə Ya Rəbb.

Ya Allah Ya Allah, Ya Allah Ya Allah

Olmazsan fani bəndələr tənha neylərlər
Onlar ki, hər zaman adın zikri söylərlər
İmanına öz nəfslərin iftar eylərlər
Mən bikəsi də nolar al qəhrinə Ya Rəbb

Ya Allah Ya Allah, Ya Allah Ya Allah

Hər il biri gələr deyə əhya saxlaram
Dil istəsə bir damla su sinə dağlaram
Susuz ölən Şahi salıb yadə ağlaram
Heyranam o Sultanımın səbrinə Ya Rəbb

Ya Allah Ya Allah, Ya Allah Ya Allah

Əfv eylə biz fəqirləri Zəhraya xatir
İntizarı çəkdiyimiz Mövlaya xatir
Şahım Əlini bir gecə bu aya xatir
Müsafir et bu bikəsin qəbrinə Ya Rəbb

Ya Allah Ya Allah, Ya Allah Ya Allah

Yorumlar

Henüz yorum yapılmamış.

Yorum Yaz

Bu site istenmeyenleri azaltmak için Akismet kullanır. Yorum verilerinizin nasıl işlendiğini öğrenin.