Beğen
1
Seyyid Xalid-Men Sene Möhtacam
Qədəm-qədəm səni düşünüb gəzirəm hər an
Gözüm yolundadır canım yoluna qurban
Hayandasan denən gəlim bitə bu hicran
Bu həsrət, intizar edibdir qəlbimi viran
Çarəsi sənsən olmuşam bimar
Gəl Ağa gör nə qədri dərdim var
Gəl daha eyləyim sənə izhar
Səsləyirəm dayanmadan təkrar
İmam Zaman mən sənə möhtacam
Zaman-zaman sənə daha çox darıxır aşiq
Bu həsrət, intizarı göz yaşım edir təsdiq
Nola bu lütfünə məni biləsən layiq
Bu eşqə ta ölüncə mən qalaram sadiq
Çarəsi sənsən olmuşam bimar
Gəl Ağa gör nə qədri dərdim var
Gəl daha eyləyim sənə izhar
Səsləyirəm dayanmadan təkrar
İmam Zaman mən sənə möhtacam
Seyyid Xalid
Sitemizde sanatçıya ait toplam 2 eser bulunmaktadır. Sanatçının sayfasına gitmek için tıklayın.


Yorumlar
Henüz yorum yapılmamış.