İlahi arişivimize hoşgeldiniz...
Beğen 1

Fizuli Fezli-Şehid Balam

Gözəl oğlum məzarına gələ bilmədim bağışla,
Soyuq məzarının tozun silə bilmədim bağışla,
Hey deyərdim anan ölsün,anan ölsün şəhid balam,
Ola əfsus,əvəzində ölə bilmədim bağışla

Qələm ağlar,Vərəq ağlar-yas tutar hər misra sənə
Qurban olsun,şəhid balam-qəmgin anan Leyla sənə

Ürəyimi qüssə-kədər,alıb ağuşuna dələr,
Gözüm hər an qapıdadır,bəlkə oğlum bir gün gələr,
Gözləyirəm səni balam,gözü yaşlı axşam səhər,
Belə gəlmirsənsə əgər,yuxuma eylə bir nəzər

Qələm ağlar,Vərəq ağlar-yas tutar hər misra sənə
Qurban olsun,şəhid balam-qəmgin anan Leyla sənə

Yorumlar

Henüz yorum yapılmamış.

Yorum Yaz

Bu site istenmeyenleri azaltmak için Akismet kullanır. Yorum verilerinizin nasıl işlendiğini öğrenin.