İlahi arişivimize hoşgeldiniz...

Nemet Seccad-İmam Zaman

Dünya aşiqindi Ya Əbəl Həsən
Movla movla movla İmam Zaman
Hər gün eylərik dua tez gələsən
Movla movla movla İmam Zaman

Gəl dünyadan al qəmi fəryadı
Məzlum gözlərin yaşı dəryadı
Sən gəlsən behişt olar aləmlər
Sənsiz hər tərəf quru səhradı

Sevindir gəl qəlb evi qəmxanələri
Sevindir gəl eşqivə divanələri
Bu həsrətdə itirdi dunya nələri
Zühur eylə

Müntəzirik səni biz hey gəzirik
Gecə gündüz dözürük
Gözləri yolda qalan müntəzirik
Aşiqinik Ağacan aşiqinik
Biz sənin sadiqinik
Kaş ki bilsək yoluva laiqinik

Hərgün səslərik fərəc duasını
Movla Movla Movla İmam Zaman
Birgün vəslüvün görək səfasını
Movla movla movla İmam Zaman

İsmin xoş ətir sacar sözlərdə
Qurbanıg o sən gələn izlərdə
Sənsizlik qırış salıb üzlərdə
Həsrət hay-haray cəkir gözlərdə

Sevindir gəl qəlbi yanan kimsələri
Sevindir gəl yaşlıları korpələri
Gəl aram et ərşə cıxan nalələri Zuhur eylə

Müntəzirik səni biz hey gəzirik
Gecə gündüz dözürük
Gözləri yolda qalan müntəzirik
Aşiqinik Ağacan aşiqinik
Biz sənin sadiqinik
Kaş ki bilsək yoluva layiqiyinik

Nemet Seccad

Sitemizde sanatçıya ait toplam 1 eser bulunmaktadır. Sanatçının sayfasına gitmek için tıklayın.

Yorumlar

Henüz yorum yapılmamış.

Yorum Yaz

Bu site istenmeyenleri azaltmak için Akismet kullanır. Yorum verilerinizin nasıl işlendiğini öğrenin.