Web sitemize hoşgeldiniz, 03 Mayıs 2024
Beğen 2

Zeynebin Qurbanları

Zeynəbin qurbanların qardaş amandır, sal yola
Eyləmə məyusidir başə dolandır, sal yola

Rahi eşqə yox bulardan qeyri zadi rahilə
Zeynəbi məzluməni gəl naümüd etmə belə
Bəndəqani Əkbərə ver izni cəng azad elə
Zeynəbə bu mərhələ xoş imtahandır, sal yola

Bu iki gül yadigari Cəfəri Təyyaridir
Fi səbilillah həmişə talibi peykaridir
Gər bular nəvvadeqani Heydəri Kərraridir
Bunlara şəhdi şəhadət nuşi candır, sal yola

Zeynəbəm, cəngi təvəssül vurmuşam damanına
Mən səni yalqız görüb, şövqilə gəldim yanına
Olsa min oğlum, fəda qıllam bu yalqız canına
Çün bu sevda iftixari cavidandır, sal yola

Şənivə gərçi bular layiq deyillər ya Hüseyn
Töhfeyi dərvişi şah rədd eyləməz əmma Hüseyn
Sərbülənd eylə məni sən bil anam Zəhra Hüseyn
Qıl təsəddüq başə qardaş az yubandır, sal yola

Bunlara məşqi cidalo-cəngi mən öyrətmişəm
Məktəbi dəva seçib çox fəslo-fənn öyrətmişəm
Hər birinə dərsi cəngi tənbətən öyrətmişəm
Yatmayıbdır sübhə tək dərsi rəvandır, sal yola


Seyyid Taleh Boradigahi

Sitemizde sanatçıya ait toplam 10 eser bulunmaktadır. Sanatçının sayfasına gitmek için tıklayın.

Yorumlar

Henüz yorum yapılmamış.

Yorum Yaz

Bu site, istenmeyenleri azaltmak için Akismet kullanıyor. Yorum verilerinizin nasıl işlendiği hakkında daha fazla bilgi edinin.