Web sitemize hoşgeldiniz, 23 Aralık 2024
Beğen 2

Yetimlerin Atasi

Boyandı məsciddə qana
O ki, şərafət idi insanə
Yetimlər qalıblar göz yolda
Yoxdu Əli, baxırlar hər yana
Dilində zikri Rəbbənası
Əlində kisəyi ğəzası
Gecə yarı gəzərdi ev-ev
Yetimlərin qərib atası
Doyub cana, batıb qana
Dəyibdi zərbə Qurana
Yetimlər baş-başa vermiş
Sızıldırlar yana yana

Əli movla, Əli movla …

Fələk başa saldı qara
Gəldi Əli əbada, baş yara
Yanır Zeynəbilə Gülsumə
Ürəklərin bu qəm edib para
Dəyibdi bir birə fələklər
Deyirlər va Əli Mələklər
Ölür yetimlərin atası
Dolubdu qussədən ürəklər
Həsən ağlar, Huseyn ağlar
Bu qəmdə Zeynəbeyn ağlar
Batıblar şiələr yasa
Tamami aləmeyn ağlar

Əli movla, Əli movla …

Parçalanıb başında əmmamə
Çatdı Əli işi day itmamə
Edin əhli alemi agah
Yarələnib Əli vəliyyullah
Bu səs dolub ərşi bərinə
Zərbə dəyib sutuni dinə
Namazın üstə yara dəydi
Əli, əmiri momininə
Xanım xeyrunnisa ağlır
Rəsuli Mustəfa ağlır
Gözündə yaş ağa Məhdi
Deyir ey vay atam ağlır

Əli movla, Əli movla …


Shahrouz Habibi

Sitemizde sanatçıya ait toplam 1 eser bulunmaktadır. Sanatçının sayfasına gitmek için tıklayın.

Yorumlar

Henüz yorum yapılmamış.

Yorum Yaz

Bu site, istenmeyenleri azaltmak için Akismet kullanıyor. Yorum verilerinizin nasıl işlendiği hakkında daha fazla bilgi edinin.