Web sitemize hoşgeldiniz, 06 Aralık 2025
Beğen 4

Alican Görel-Qanli Peyker

Gəl ağam imdadimə,
Gül tək saraldı peykərim
Gör necə atlar ayağı altda,
Qaldı peykərim

Axdı-axdı qan vücudumdan,
Ağam imdad elə
Son nəfəsdə bu yaralı,
Qasimi gəl yad elə

Peykərim başdan-ayağa,
Yarədir, oxdur ağa
Dövrəmi düşmən alıbdı,
Köməyim yoxdur ağa

Kufənin əhli cəfa ilə,
Tutub sağ-solumu
Ver xəbər bəlkə anam,
Gözləməsin day yolumu

Qasimin yalqız qalıbdır,
Ya Hüseyn meydanidə
Rəhmdən yoxdur əsər,
Vallah ağam üdvanidə

Saldılar atdan,
Gələn vurdu, gedən vurdu məni
Qalmayıbdı day dözüm,
Bu peykəri bicanidə

Oxladılar əda yaralandım,
Gəl necə gör qana boyandım
Yandım-yandım, yandım-yandım,
Atlar ayağı altda uzandım

Gəl necə gör qana boyandım,
Yandım-yandım, yandım-yandım

Əldə su camı ağam,
Gözlür Rəsulullah məni
Ta varımdı can hələ,
Gəl yad elə Sarallah məni

Əldə xəncər mənim,
Dövrəmə leşgər tökülür
Yağır ox peykərimə,
Üstümə xəncər tökülür

Gəl ağa on üç yaşında,
Qasimin batdı qana
Pər-pər oldu peykəri,
Gül tək dağıldı meydana

Yaralandı ərseyi,
Meydanidə Əkbər kimi
Gəl necə gör dərd əlindən,
Qasimin gəldi cana

Yorumlar

Henüz yorum yapılmamış.

Yorum Yaz

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.