Seyyid Taleh Boradigahi-Balam Lay Lay
Balam lay-lay, Əli lay-lay
Mənə həmnalə lay-lay
Gülüm lay-lay, saralan lalə lay-lay
Ay mənim nazlı balam
Gözləri ecazlı balam
Demədin dərdini heç
Ay sinəsi razlı balam
Ləbləri duzlu balam
Sözlü balam, sazlı balam
O üç pər ox, niyə saldı,
səni bu halə lay-lay
Üç gecə olmadı su, qundağın açdım bələdim
Məşkə səqqaya baxıb, sən mələdin, mən mələdim
Hey üzə göz yaşını, sən ələdin, mən ələdim
Rubab ağlar, deyər ahi, yatan iqbalə lay-lay
Gözəlimsən gözəlim, istəməlimsən gözəlim
Hey dedim atma məni, sən sağ əlimsən gözəlim
Cavidan oldu adın, ləm yəzəlimsən gözəlim
Yetirdi ox, su yanında, səni amalə lay-lay
Altı ay bir tərəfə, son nəfəsin bir tərəfə
Gülməyin bir tərəfə, nalə səsin bir tərəfə
Süd qəmin bir tərəfə, ox həvəsin bir tərəfə
Bu qandır ya, gülün üstə, düzülüb jalə lay-lay
Nə gəlib ağlamısan, çarə yolun bağlamısan
Əlin açdım niyə bəs, sinəmi dırnaqlamısan?
Baədəbsən demərəm, hörmətimi saxlamısan
Biraz ağla, yığım əşkin, qara dəsmalə lay-lay
Seyyid Taleh Boradigahi
Sitemizde sanatçıya ait toplam 22 eser bulunmaktadır. Sanatçının sayfasına gitmek için tıklayın.


Yorumlar
Henüz yorum yapılmamış.